Formula 1 yeni mövsüm üçün videoçarxını nümayiş etdirib VİDEO

Formula 1 sosial şəbəkələrdəki rəsmi səhifələrində yeni mövsüm üçün videoçarxını nümayiş etdirib.

Frame.az xəbər verir ki, videoçarxdan yeni mövsümdə istifadə olunacaq. Rolik hazırlanarkən ötən mövsümkü yarışlarla yanaşı, daha əvvəlki yürüşlərin də maraqlı məqamlarından istifadə edilib.

Videoçarx zamanı məşhur Böyük Britaniya qrupu “The Chemical Brothers”in “We’ve Got to Try” mahnısı səslənir.

Qeyd edək ki, “We’ve Got to Try” mahnısına çəkilmiş klip ötən həftə təqdim olunub. Klipin süjetinin mərkəzində olan “We’ve Got to Try” ləqəbli it Formula 1 bolidində idarə etməyi öyrənir. Daha sonra isə kosmosa uçuşa göndərilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: