Formula 1: Zandfort trası lisenziyanı yanvarda alacaq

Formula 1 Niderland Qran-Prisi 2020-ci il mövsümünün təqviminə daxil edilib. Mərhələ iyunun 1-3-də keçiriləcək.

Frame.az xəbər verir ki, bununla belə, Zandfort trasının bu cür səviyyəli yürüşlər keçirməyə imkan verən “FIA Grade 1” lisenziyası yoxdur. Niderland federasiyasının – KNAF-ın rəhbəri Marten van Vezenbek bildirib ki, lisenziya gələn ilin əvvəlində verilməlidir.

O deyib: “Niderland Qran-Prisinin təşkilində FIA ilə əməkdaşlıq edən ilk qurum federasiyamızdır. Biz bir çox məsələlər, o cümlədən heyətin hazırlanması ilə bağlı daim onlarla ünsiyyət saxlayırıq. Ölkəmizdə və xarici ölkələrdə yüzlərlə könüllü Qran-Prinin keçirilməsində bizə kömək etmək arzusunda olduğunu bildirib.

Gələn il avtodromda təmir işləri başa çatacaq, dəyişikliklər yetərincə ciddidir. Düşünürük ki, lisenziyanı yanvarda alacağıq. FIA-da bizə təsdiq ediblər ki, göstərilən bütün iradlar təmin edilsə, Zandfort trası lisenziyalaşdırılacaq”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: