Formula 2: “MP Motorsport” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb

Formula 2 yarışlarında iştirak edən “MP Motorsport” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb.

Frame.az xəbər verir ki, komandanı yeni mövsümdə yaponiyalı Nobuxaru Matsusita və braziliyalı Felipe Druqoviç təmsil edəcəklər.

Yaponiyalı pilot ötən mövsümü Formula 2-də “Carlin” komandasında keçirib. İki qələbə qazanan N.Matsusita pilotların sıralamasında altıncı olub. 2019-cu ildə Formula 3-də “Carlin” komandasında mübarizə aparan F.Druqoviç 8 xalla 16-cı pillədə qərarlaşıb.

Formula 2 yarışlarının yeni mövsümünə martın 20-22-də Bəhreyndə keçiriləcək Qran-Pri ilə start veriləcək. Çempionatın beşinci mərhələsi iyunun 5-7-də Bakıda təşkil olunacaq. Yarışda 11 komanda birincilik uğrunda mübarizə aparacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!