Formula 2 üzrə birinci yarışın qaliblərinin mükafatlandırma mərasimi olub

Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qaliblərinin mükafatlandırma mərasimi olub.

Frame.az xəbər verir ki, yarışda “Dams” komandasının pilotu Aleksander Albon birinci, “ART Grand Prix”in sürücüsü Cek Aitken ikinci, “Charouz Racing System”in üzvü Antonio Fuoko üçüncü yeri tutublar.

Mükafatları qaliblərə Azərbaycan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov təqdim ediblər.

Qeyd edək ki, aprelin 29-da 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: