Formula 2 üzrə ikinci yarışın qalibləri müəyyənləşib

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə ikinci yarışa yekun vurulub.

Frame.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 23 dövrə vurublar.

Gərgin idman mübarizəsinin yekununda “DAMS” komandasının pilotu kanadalı Nikolas Latifi birinci olub. “Charouz”un amerikalı sürücüsü Xuan Manuel Korrea yarışı ikinci, “Campos Racing”in ingiltərəli pilotu Cek Aitken isə üçüncü pillədə başa vurublar.

Sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları qaliblərə Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Formula 1 yarışlarının ölkəmizdəki təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov təqdim ediblər.

Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: