Alman-Azərbaycan Biznes Forumunda Azərbaycan və Alman hökumətinin və biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir

Azərbaycanın İqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərov Sənayenin İnkişafı və İnfrastrukturun Modernləşdirilməsi üzrə Alman-Azərbaycan Biznes Forumunda açılış nitqi ilə çıxış edəcək. Həmçinin, Almaniyanın

Azərbaycandaki Səfiri cənab Wolfgang Manig və Alman-Azərbaycan Xarici Ticarət Palatasının vitse prezidenti cənab Fərid İsayev açılış mərasimində iştirak edərək Forum iştirakçılarını salamlayacaq.

Sənayenin İnkişafı və İnfrastrukturun Modernləşdirilməsi üzrə Alman-Azərbaycan Biznes Forumu 27 sentyabr 2019-cu il tarixində Hyatt Regency İclas və Konfrans Mərkəzinin Quba zalında baş tutacaq.

Bu il biznes tədbirində Azərbaycan Respublikasının bir sıra nazirləri (nazir müavinləri), Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin nümayəndəsi, eləcə də Azərbaycanda fəaliyyət göstərən aparıcı alman şirkətlərinin Baş İcraçı Direktorları da daxil olmaqla, Azərbaycan və Alman hökumətinin və biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycanda maliyyə və biznes mühiti barədə impuls bölümündən əlavə, iqtisadi islahatların aparıcı qüvvəsi kimi nəqliyyat və infrastruktur, eləcə də kənd təsərrüfatı və qida senayəsində paralel müzakirələr bu ilki Forumun gündəliyini təşkil edir.

Forum haqqında

Sənayenin İnkişafı və İnfrastrukturun Modernləşdirilməsi üzrə Alman-Azərbaycan Biznes Forumunun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusunu maliyyə və biznes mühiti ilə yanaşı nəqliyyat və infrastruktur sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir.

Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Tədbirdə iştirak ödənişsizdir və qeydiyyat üçün son tarix 20 sentyabr 2019-cu ildir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: