EventsTəhsilTəqdimat

“Milli Gənclik Forumu” keçirilib

İnsan həyatda daim uğur axtarışındadır. Onu əldə etməyin yolları isə müxtəlifdir. Bəzən uzun illər hansısa bir işin, peşənin xəyalını qurur, bu arzumuzu reallaşdırmaq üçün əlimizdən gələni edirik. Bu arzumuza çatmaq üçün isə hərdən yalnız doğru bir məsləhətə, uğurlu bir nümunəyə ehtiyacımız olur. TEDx, The Moth və bu tipdə olan forumlar məhz uğurlu şəxslərin bələdçiliyi ilə gənclərə düzgün istiqamətin seçimində yardımçı olur. Gənclərin İnkişaf və Karyera Mərkəzi bu istiqamətdə gənclərə dəstək olmaq məqsədi ilə “Milli Gənclik Forumu” nu təşkil edib.

1 iyun tarixində GİKM – nin həyata keçirdiyi Milli Gənclik Forumunda  250 nəfər qonaq iştirak etmişdir.

Tədbirdə GİKM-in baş meneceri Fəxri Məmmədli çıxış edərək mərkəzin fəaliyyət istiqamətlərini, 3 ay ərzində həyata keçirilən tədbir və layihələri, GİKM-in gələcək planlarını qonaqların diqqətinə çatdırmışdır. F.Məmmədli qeyd edib ki, əsası GİKM tərəfindən qoyulan Milli Gənclik forumunun hər il keçirilməsi nəzərdə tutulur və  layihənin əsas məqsədi gəncləri motivasiya etmək, iştirakçılar arasında şəbəkələşmə formalaşdırmaq, yeni əlaqələr qurmalarında dəstək olmaqdan ibarətdir.

Forum 5 fərqli sferanın və fərqli yaş kateqoriyasından olan mütəxəssislərin spikerliyi ilə baş tutmuşdur. “Qadınların İştirakçılığı Proqramı”-nın layihə mütəxəssisi Zümrüd Cəlilova “Gender Bərabərliyi” mövzusunda , “Technovate İnkubasiya Mərkəzi”-nin sahibi Fərid İsmayılzadə və SABAH qruplarının əməliyyat direktoru Əsmər Abdullayeva isə peşəkar mühitdə karyera qurmaq imkanları barədə iştirakçılara ətraflı məlumat vermişdir. Fizika üzrə fəlsəfə doktoru Sakin Cabarov uğura gedən yolda elmin, təhsilin böyük əhəmiyyətindən bəhs etmiş, jurnalist, tədqiqatçı və politoloq Elçin Alıoğlu isə gənclərlə çox səmimi ünsiyyət qurub, öz uğurlu həyat hekayəsinin maraqlı məqamlarını bölüşmüşdür.

Tədbirdə müxtəlif QHT, özəl şirkət rəhbərləri, ictimai fəaliyyətlə məşğul olan gənclər iştirak etmişlər.

Rəsmi və qeyri- rəsmi hissədən təşkil olunan forumda canlı musiqi və kofe fasiləsi yer aldı. Tədbirin sonunda isə müxtəlif oyunlar keçirilərək iştirakçılara hədiyyələr paylanıldı.

Məlumat üçün qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi 12 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təsis edilmişdir.

Mərkəzin əsas fəaliyyət istiqamətləri gənclərin bilik və bacarıqlarının artırılması, onların təşəbbüskarlığının dəstəklənməsi, peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə müxtəlif kurslar, treninq və motivasiya yönümlü görüşlərin keçirilməsindən ibarətdir.

Ünvan: Bakı ş., Nəsimi r., Kaveroçkin 30

Əlaqə: (+99412) 4405143; (+99470) 4405143

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!