EventsQalereyaŞəkillərTəqdimat

Foto ovçuluq

“Golden Rock Travel” Şirkəti Azərbaycanda ekoloji turizmi inkişaf etdirmək məqsədilə 07.01.2017-ci il tarixində Azərbaycanın Şirvan Milli Parkına foto ovçuluq (foto hunting) turu təşkil edəcək.

Azərbaycanın cənnət guşələrindən olan Şirvan Milli Parkının ərazisi ekoturizm və digər maarifləndirici turlar üçün tam münasib bir məkandır. Buranın yarımsəhra ərazilərində siz jeeplə safari turuna çıxıb ərazidə olan ceyranları yaxından müşahidə etməklə yanaşı tilovla balıq tutub, göllərdə olan quşları seyr edərək foto çəkmək imkanı, eyni zamanda əsrarəngiz təbiətin qoynunda əsl istirahətin zövqünü yaşayacaqsınız.

Foto Müsabiqə
Tur zamanı parkın füsunkar təbiətini, flora və faunasını, möhtəşəm təbiət abidələrini, ərazisində tikilən hostelin biomüxtəlifliyini tərənnüm edən dizaynını və təbiətə ziyan vurmadan istirahət etmək şəraitini əks etdirən görüntüləri əldə etmək üçün foto müsabiqə həyata keçiriləcək. Müsabiqənin qalibinə diplom və pul mükafatı təqdim ediləcəkdir. Müsabiqəyə göndərilən fotolar müəllif hüququ qorunmaq şərti ilə şirkətin veb saytında və facebook səhifəsində nümayiş etdiriləcəkdir.

Tur proqramına daxildi:
07:00 – 07:15 Start Bakı
08:30 – 09:00 Səhər yeməyi
09:30 – 10:30 Şirvan Milli Parkına ekskursiya
12:00 – 12:30 Tilovla balıq ovu
13:00 – 14:30 Nahar yeməyi fasiləsi
15:00 – 19:00 Milli Parkın ərazisində gəzinti
19:00 – 22:00 Salyan-Bakı yolu
Turun qiyməti fotoqraflara cəmi 25 AZN.

Qeydiyyat
Qeydiyyatdan keçmək üçün fgfototur@gmail.com ünvanına ad, soyad və telefon nömrəsi yazılmalıdır. Qeydiyyatdan keçən fotoqraflara qeydiyyatdan keçdikləri barədə bildiriş göndəriləcək.
Yaranan suallarla bağlı turun rəhbəri Fərqanə Qasımlı ilə əlaqə saxlaya bilərsiniz.
Tel: (070) 714 02 09 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!