SosialTəqdimat

QHT “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsinin icrasına başlayıb

“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsinin  icrasına başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata  keçirilən layihə 4 ay müddətində Bakı şəhərində reallaşacaq.
Bu barədə Frame.az-a açıqlama verən təşkilatın sədri Ruhiyyə Məmmədova bildirib ki, layihənin əsas məqsədi yaşlı insanların cəmiyyətdə sosial adaptasiyasına dəstək göstərməkdən ibarətdir.
Layihə çərçivəsində  3 təhsil müəssisəsində yaşlı nəslin nümayəndəsi olan yaradıcı insanlarla (şair, yazıçı və s.)  yeniyetmə və gənclərin görüşü təşkil ediləcək.
Bundan başqa yaşlı insanların asudə vaxtının səmərəli keçirilməsinə diqqəti çəkmək məqsədi ilə onlar arasında stolüstü idman yarışları təşkil ediləcək.
Ruhiyyə Məmmədova qeyd edib ki, layihənin ən böyük tədbiri isə yaşlı insanların yaradıcılıq  imkanlarının nümayiş etdirlməsi olacaq.
Təşkil olunacaq bədii- musiqili  tədbir çərçivəsində  yaşlı insanlardan ibarət musiqiçi, şair və digər yaradıcı insanların bacarıqları nümayiş olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!