Frankofoniya həftəsində fəal iştirak edən tələbələrin ifasında konsert proqramı təqdim olunub

Aprelin 25-də Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə “Ləndmark” otelində UFAZ tələbələrinin ADO teatr klubu və Fransız Liseyinin iştirakı ilə konsert təqdim edilib.

Frame.az xəbər verir ki, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Rayen müasir dünyada təhsilin, dilin və ünsiyyətin mühüm rolundan danışıb, tələbələrin bu sahədə yeni nailiyyətlər qazandıqlarını bildiriblər.

Universitetin dünyanın 25 ölkəsinin 75 ali məktəbi ilə əlaqəsinin olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, bu konsert Frankofoniya həftəsinə həsr edilib.

Bakıda 1993-cü ildə başlayaraq belə həftələrin keçirildiyi və yüksək təcrübə əldə olunduğu diqqətə çatdırılıb.

Sonda Frankofoniya həftəsində fəal iştirak edən, fərqlənən tələbələrin ifasında səhnəcik və konsert proqramı təqdim olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: