Idman

Fransa Çempionatı 1-ci tur

Monako – Tuluza 3:2
PSJ – Amiens 2:0
Sent Etyenn – Nittsa 2:0
Metz – Genqam 1:3
Monpelye – Kan 1:0
Trua – Renn 1:1
Anje – Bordo 2:2
Lion – Strasburq 4:0
Lill – Nant 3:0
Marsel – Dijon 3:0
Son ölkə çempionu Monako yeni mövsümə qələbə ilə başlayıb. Öz meydanında Tuluza’nı qəbul edən Monako 3:2 hesabı ilə qələbə qazanıb.

Çempionatın əsas favoriti hesab olunan PSJ öz meydanında Amiens komandasını Kavani və Pastore’nin vurduğu qollarla 2:0 məğlub edib.

Lion – Strasburq matçında meydan sahibləri çətinlik çəkmədən qələbə qazanıb 4:0.

Trua – Renn oyununda heç-heçə qeydə alınıb 1:1. Sent Etyenn komandasının qonağı olan Nittsa 1:0 hesabı ilə məğlub olub. Anje – Bordo oyunu 2:2 hesabı ilə başa çatıb.

Turun qapanış matçında Marsel öz meydanında Dijon’un qapısından 3 cavabsız top keçirib.

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!