Fransa Çempionatı 21-ci tur

Turun açılış matçında Bastiya komandasının qonağı olan Nittsa 1:1 edərək 3 vacib xal itirdi. Nittsa’nın xal itkisindən maksimum Monako Loryan’a 4:0 hesabı ilə qalib gəldi və bu qələbə sayəsində turnir cədvəlində vahid liderliyi ələ keçirtdi. Çempionluq uğrunda mübarizə aparan PSJ bu tutu da qələbə ilə bitirdi. Matçdan sonra PSJ komandasının qələbəsindən və vurulan qollardan daha çox 30-cu dəqiqədə Verratinin aldığı sarı vərəqə müzakirə mövzusu oldu. İtaliyalı futbolçu yerdə ola topu başıyla qapışısa ötürdüyünə görə hakim Joan Amel tərəfindən cəzalanıb.

Turun mərkəzi qarşılaşması bazar günü Lion və Marsel komandaları arasında keçirilib. 3:1 hesabı ilə qələbə qazanan Lion xallarının sayını 37-yə çatdırmış oldu. Dijon – Lill matçında qapılara top vurulmadı. Bordo öz meydanında Tuluza’ya 1:0 hesabı il qalib gəldi. Kan – Nansi oyunu pis hava şəraiti səbəsindən təxirə salındı. 21 turdan sonra Monako 48 xalla birinci Nittsa 46 xalla ikinci PSJ 45 xalla üçüncüdür. Bastia 1 – 1 Nice Nantes 0 – 2 Paris Saint Germain Bordeaux 1 – 0 Toulouse Postp.Caen ? – ? Nancy Dijon 0 – 0 Lille Guingamp 1 – 1 Rennes Metz 2 – 0 Montpellier Monaco 4 – 0 Lorient Saint Etienne 2 – 1 Angers Lyon 3 – 1 Marseille

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: