Fransa Çempionatı 4-cü tur

Çempionatın əsas favoriti hesab olunan “PSJ” öz meydanında Sent-Etyenn’ə heç bir şans verməyib 3:0. Ötən mövsümün sürprizi olan Nittsa’nın enişi davam edir.

Bu dəfə Lüsyen Favr’ın yetirmələri səfərdə debütant “Amyen” komandasına böyük hesabla məğlub olub. Rəqibin 3 topuna cavab verə bilməyən “Nittsa” hazırda turnir cədvəlinin 17-ci pilləsində qərar tutub. Keçən tur heç-heçə edən “Lion” bu turda da heç-heçəyə razı olub. Nant’ın qapısına yol tapa bilməyən “Lion” 4-cü pilləyə enib.

Son çempion “Monako” öz meydanında Marselə futbol dərsi keçib 6:1 Bu görüşdə dubl edən Falkao cari çempionatda 7-ci qolunu vurub. Bordo – Trua matçında meydan sahibləri sevinən tərəf olub 2:1. Tuluza – Renn oyununda qapılara 5 qol vurulub. 3:2 hesabı ilə qələbə qazanan “Tuluza” xallarının sayını 6-ya yüksəldib.

PSJ – Sent Etyenn 3:0 Amyen – Nittsa 3:0 Bordo – Trua 2:1 Kan – Metz 1:0 Dijon – Monpelye 2:1 Anje – Lill 1:1 Genqam – Strasbur 2:0 Nant – Lion 0:0 Tuluza – Renn 3:2 Monako – Marsel 6:1

PƏRVİN BAYRAMOV

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: