Fransada ona “Piperade” deyirlər

Bilirdinizmi, fransız mətbəxində bizim “pomidor-yumurta” kimi təravətli və ləzzətli yemək var? Bu “Piperade”dir! 😉 Düzdür, resept və dadları biraz fərqlənir. Piperade bibərin xüsusi növü olan “Piment”dən hazırlanır. Təzə kənd yumurtası və təravətli pomidorlar isə onu daha da incə edir. Bu yemək Fransanın İspaniya ilə sərhədində yerləşən və reseptləri ilə məşhur olan Bask vilayətindən gəlib.

Piperade-nin ənənəvi resepti:

İnqrediyentlər:
– Pomidor
– Piment bibəri (və ya adi qırmızı bolqar bibəri)
– Sarımsaq
– Soğan
– Yumurta
– Duz, istiot, çili, paprika
– 2 ədəd dəfnə yarpağı
– “President” yağı 😉

Hazırlanması:
1. Sobanı isidin
2. Bibərləri uzun-uzun doğrayıb yağda qızardıb kənara qoyun
3. Soğan və sarımsaqı doğrayıb şəffaf olana kimi yağda qızardın
4. Ədviyyatları əlavə etdikdən sonra, pomidoru, qızardılmış bibərləri və dəfnə yarpaqlarını əlavə edin
6. Odu azaldıb bişirməyə davam edin
7. Hazır tərəvəzləri başqa tavaya köçürüb üstünə yumurtaları əlavə edərək sobaya yerləşdirin. Yumurtalar bişən kimi sobanı söndürüb tavanı çıxarın.

Nuş olsun! 😉 

“President” yağı-na resept üçün təşəkkür edirik.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: