Jazz

Fransalı bəstəkar Rişar Qalyanonun konserti tamaşaçıları məftun etdi

Oktyabrın 25-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Elektra Events Нall”da fransalı bəstəkar və akkordeonçu Rişar Qalyanonun konserti olub.

Frame.az xəbər verir ki, tədbiri açan Fransanın ölkəmizdəki səfiri Orelia Buşez festivalın bu cür yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Rişar Qalyanonun yaradıcılığından danışan fransalı diplomat qeyd edib ki, akkordeonçunu vətənində caz sənətinin nəhəngi adlandırırlar. O, akkordeonun bütün növlərində məharətlə ifa edir.

Sonra akkordeonçu Rişar Qalyano populyar kompozisiyalar səsləndirib. Konsertdə, həmçinin Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə “Sinfonietta” orkestri çıxış edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!