Futbol üzrə 2024-ci ildə keçiriləcək Avropa çempionatına Almaniya ev sahiblik edəcək

Sentyabrın 27-də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş qərargahında 2024-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ev sahibinin adı müəyyənləşib.

Frame.az xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin futbol üzrə Avropa çempionatına Almaniyanın ev sahiblik edəcəyini elan edib.

Qeyd edək ki, UEFA Avropa çempionatının ənənəvi keçirilmə formatına qayıdıb. Belə ki, təşkilatçı rolunda bir ölkə (yaxud iki qonşu ölkə) çıxış edəcək.

Təşkilat iri turnirlərin və Avropa kuboklarının keçiriləcəyi yeri seçməyi ənənəvi olaraq icraiyyə komitəsinə həvalə edir. FIFA isə belə qərarları konqresin müzakirəsinə çıxarır və səsvermədə dünya futbol cəmiyyətinin bütün nümayəndələrini iştirakı təmin olunur.

2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin seçilməsi proseduru 3 hissədən ibarət olub. Əvvəlcə iki namizədin təqdimatı baş tutub (növbə püşkatma vasitəsilə müəyyən olunub). Təqdimatın gedişində hər iki assosiasiyanın nümayəndəsi videoçarx nümayiş etdirib və 15 dəqiqə ərzində suallara cavablandırıb. İkinci mərhələdə icraiyyə komitəsinin üzvləri Avropa Futbol İttifaqı administrasiyasının hər bir ərizə üçün hazırladığı qiymətləndirmə hesabatını alıb. Sonda səsvermə keçirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: