FutbolIdman

Futbol üzrə Azərbaycan millisinin Macarıstan və Slovakiya yığmaları ilə oyunları üçün heyəti açıqlanıb

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Frame.az AFFA-ya istinadla xəbər verir ki, həmin oyunlara hazırlıq məqsədilə millimiz mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək.

Baş məşqçi Nikola Yurçeviç qarşıdakı ev oyunlarına 27 futbolçu çağırıb.

Yığmamızın heyətində Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Maqomedaliyev (“Qarabağ”), Maksim Medvedev (“Qarabağ”), Ömər Buludov (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Rahil Məmmədov (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Bəhlul Mustafazadə (“Qəbələ”) yer alıblar.

Bundan başqa, heyətə Qara Qarayev (“Qarabağ”), Riçard Almeyda (“Qarabağ”), Eddi İsrafilov (“Alkorkon”, İspaniya), Emin Mahmudov (“Neftçi”), Əli Babayev (“Sumqayıt”), Aleksey İsayev (“Sumqayıt”), Dmitri Nazarov (“Erzgebirge Aue”, Almaniya), Rəşad Eyyubov (“Sabah”), Mahir Emreli (“Qarabağ”), Namiq Ələskərov (“Neftçi”), Araz Abdullayev (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen Münster”, Almaniya), Mirabdulla Abbasov (“Neftçi”), Renat Dadaşov (“Eştoril”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”) dəvət olunublar.

Qeyd edək ki, Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar. Mayın 21-də saat 18:15-də isə “Bakcell Arena”da baş məşqçi Nikola Yurçeviçin mətbuat konfransı təşkil olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!