Futvole üzrə “Qızmar Bakı qumu” adlı turnir keçiriləcək

Bakı Su İdmanı Sarayında Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə futvole (çimərlik voleybolu və futbolun sintezi) üzrə “Qızmar Bakı qumu” adlı turnir keçiriləcək.

Frame.az xəbər verir ki, iyulun 29-da baş tutacaq turnirdə kişi və qadın komandaları iştirak edəcəklər.

Kişilərin yarışında səkkiz futvole kollektivi iki qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Qrup çərçivəsində mübarizə aparacaq qadın idmançılar arasında yığmamızın üzvləri də var.

Qeyd edək ki, “Qızmar Bakı qumu” yarışı avqustun 5-6-da paytaxtımızda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: