Idman

Futvole üzrə beynəlxalq turnirə yekun vurulub

Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən beynəlxalq futvole yarışları sırasına daxil olan “Baku World Open” turnirində qaliblər müəyyənləşib.

Frame.az xəbər verir ki, iki gün davam edən turnirdə yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib. Qrup mərhələsi çərçivəsində keçirilən matçların sonunda Azərbaycan, Rusiya, Hollandiya və İran yarımfinala vəsiqə qazanıb.

Turnirin bu mərhələsində Hollandiya Azərbaycan yığmasını məğlub edərək finala adını yazdırıb. İkinci finalçı isə Rusiya komandasına qalib gələn İran yığması olub. Hollandiya və İran arasında baş tutan final qarşılaşmasında avropalılar Asiya təmsilçisini 2:1 hesabı ilə məğlub edərək ilk dəfə keçirilən “Baku World Open” turnirinin qalibi adını qazanıb.

Qadınların yarışında isə Ukrayna yığması bütün rəqiblərini arxada qoyub. Qaliblərə kubok, medal və qiymətli hədiyyələr verilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!