Futzal Üzrə Azərbaycan Çempionatı VI-cı tur

FK.İD.Futzal – Yasamal FK 10:3 Ekol – Xəmsə 5:3 Araz – Neftçi İK 2:2 Futzal Üzrə Ölkə Çempionatının 6-cı turuna yekun vurulub. FK.İD.Futzal – Yasaml FK görüşü məhsuldar alınıb. Görüş 10:3 hesabı ilə “FK.İD.Futzal” komandasının qələbəsi ilə yekunlaşıb. Son çempion “Araz” “Neftçi İK” komandası ilə oyunda xal itkisinə məruz qalıb 2:2. Ekol – Xəmsə görüşündə birincilər qələbəni bayram edib 5:3. Bu nəticələrdən sonra “Araz” 13 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 12 xalı olan “Marafon” ikinci yerdə qərarlaşıb. Aktivində 9 xalı ola “Ekol” isə üçüncüdür. Qeyd edək ki, VII-ci turun oyunları noyabrın 15-də keçiriləcək. Yasamal FK – Ekol Araz – Xəmsə Marafon – Neftçi İK Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Yasamal FK” üçüncü yerdə olan “Ekol” komandası ilə üz-üzə gələcək. Son çempion “Araz” “Xəmsə” ilə qarşılaşacaq. Çempionatın ən məhsuldar komandası olan Marafon’un komandasının rəqibi “Neftçi İK” olacaq.

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: