Təqdimat

Fəxriyyə Xələfovaya süpriz doğum günü partisi-Fotolar

Paytaxt restoranlarının birində Star Kids Group MMC-nin təşəbbüsü ilə Məhşur modelyer-dizayner Fəxriyyə Xələfovaya doğum günü süprizi!

Doğum gününü modelyer dizaynerlərlə bərabər qeyd edən Fəxriyyə xanıma gənc xanımların hədiyyələri ilə bərabər, tələbəsinin hazırladığı əl işi olan portreti də təqdim olunub.

Tələbəsi Aygün Nağıyevadan belə əsərin təqdim olunması Fəxriyyə xanımı həm təəcübləndirib, həm də sevindirib.

Süpriz doğum günü tədbirinin təşkil olunmasında böyük rolu olan Star Kids Group MMC-nin direktoru Aygün Əliyeva həmçinin dekabrın 30-da Sahibkar Qadınlar Ictimai Birliyinin sədri Zenfira Ağayevanın-da doğum günü olduğunu qeyd edib və kollektiv adından Zenfira xanımı da təbrik ediblər.

Şou proqramlı doğum günü partisi bir neçə tanınmış müğənnilərin ifasında gecə boyu davam edib.

Kollektivimiz adından biz də səmimi təbriklərə qoşulub Fəxriyyə xanımı təbrik edir, ona can sağlığı arzu edirik.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!