“Gələcəyin Rəngləri”

Azərbaycan Dövlət Pedaqoji Universiteti Musiqi, Təsviri incəsənət, Fiziki tərbiyə və ÇQH fakültəsi sizləri “Gələcəyin Rəngləri” adlı yaradıcılıq sərgisinə dəvət edir.
Sərgidə istənilən ölçü və texnikada işlənmiş bütün növ təsviri sənət kompozisiyaları ilə iştirak etmək mümkündür. Sərgidə iştirak edən hər tələbə diplomla təltif olunacaq, ən çox bəyənilən işlərin sahibləri mükafatlandırılacaqdır. Fakültəyə yeni qəbul olunmuş tələbələr də sərgidə iştirak edə bilərlər.

İştirak etmək istəyənlərdən qeydiyyat üçün
• şəxsi məlumat (ad, soyad, qrup)
• təqdim olunacaq iş(lər)in fotosu, adı, ölçü və texnikası
barədə məlumatı aşağıdakı whatsapp nömrələrindən birinə və ya email adresinə göndərmələri xahiş olunur.
+994 50 7829164
+994 55 3530267
adpuqabiliyyet@gmail.com
Son qeydiyyat tarixi: 16.09.2016

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: