Gələn il Bakıda keçiriləcək Formula 2 yarışının vaxtı müəyyənləşib

Formula 2 yarışlarının 2021-ci il mövsümünün təqvimi açıqlanıb.

Frame.az xəbər verir ki, çempionat martın 26-28-də Bəhreyndə start götürəcək. Mövsümə dekabrın 3-5-də Əbu-Dabidə yekun vurulacaq.

Mövsümün üçüncü mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 4-6-da Bakı şəhər halqasında keçiriləcək.

Formula 2 yarışı yeni mövsümdə 8 mərhələdən ibarət olacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!