Gəncə Dövlət Filarmoniyasında “Kəpəz Kuboku 2019” yarışması keçiriləcək

26-27 Yanvar Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında “Kəpəz Kuboku 2019” yarışması keçiriləcək. Yarışmaya təşkilatı dəstək Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəqs Assosiasiyası və Jam Group. Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

“İncəsənətimizi bölgələrdə inkişaf etdirib, istedadı olan hər bir gəncimizi irəli çəkib, öz arzularını reallaşdırmaqlarına kömək etmək, inkişafına təkan vermək lazımdır. Gənclər bizim gələcəyimiz və davamçılarımızdır. AGİ və ARA olaraq məqsədimiz bu imkanlardan istifadə edərək ölkəmizin şəhər və rayonlarında istedadlı gənclərimizdən ibarət keçiriləcək festival və müsabiqədə onlar arasında bir-birlərinə qarşı rəqabət apararaq, öz məharətlərini göstərməklərinə imkan yaratmaqdı. Məlumdur ki, yerlər münsiflər heyəti tərəfindən seçilir. Münsiflər heyəti: Azərbaycan Rəqs Assosiasiyasının vitse prezidenti Ülviyyə Həsənova, Ayselin rəqs studiyasının bədii rəhbəri Aysel Hüseynova və Cəngi dövlət rəqs ansamblının aparıcı solisti Fərhad Əliyev”

Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: