Gəncədə Globus Travel-in yeni filialının açılışı olub

Bu yaxınlarda Globus Travel Agency Gəncə şəhərində sayca ikinci filialının açılışını həyata keçirib. Bu məqsədlə agentliyin rəhbərliyi öz partnyorları və əməkdaşlıq etdiyi media nümayəndələri üçün Gəncə şəhərinə bir günlük tur təşkil edib.

Qeyd edək ki, şirkət 2002 ci ildə yaradılmış və bu gün satış həcminə görə Azərbaycan Respublikasında liderlik edən böyuk turizm agentliyidir.

Şirkət Beynəlxalq Hava Daşımaları Assosiasiyasında (İATA) akreditə olunmuş və hava daşımalarında satış sertifikatı almışdır. Eyni zamanda  Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasında qeydiyyatdan keçərək lisenziya əldə etmişdir.
Həmçinin turizm fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinə malikdir. Azərbaycan turizm Assosiyasının üzvüdür.
Agentlik 140 (yüz qırx) dan artıq beynəlxalq aviaşirkətlərlə müqavələlər imzalamışdır. Bu şirkətlər dünyanın bütün beynəlxalq  aeroportlarından reyslər həyata keçirir.
Gəncə şəhərində yerləşən yeni ofisin açılışı zamanı qonaqlar və yerli əhali şirkətin təklif etdiyi tur xidmətləri ilə yaxından tanış olmaqla yanaşı, endirimli və sərfəli qiymətlərlə turlar əldə etmişlər.
Daha sonra qonaqların şərəfinə təşkil olunmuş Gala Lunch zamanı partnyorlar və media nümayəndələri Qlobus MMC-nin baş direktoru Eldəniz Səfərova öz təbrik və arzularını çatdırdırıblar.
Açılış tədbiri Gəncə şəhərinə ekskursiya ilə başa çatıb. Qonaqlar Gəncə şəhəri ilə yaxından tanış olub, onun tarixi və müasirliyi barədə ətraflı məlumat alıblar.
Xatırladaq ki, Gəncə şəhəri , Ataturk pr. 511 b. ünvanında yerləşən yeni ofis artıq öz müştərilərinin istifadəsinə açıqdır.
Ülviyyə Ədalətqızı
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: