Gəncədə Naxox izdihamı

Yanvarın 2-i Gəncə şəhərində Naxox filminin yaradıcı heyyətinin iştirakı ilə imza günü keçirilib.

Filmin baş qəhrəmanları, Elməddin Cəfərov, Fərda Amin və Ağaxan Salmanlı tamaşaçı seli ilə qarşılaşıb. Filmin baş produseri  Orxan Mərdandan aldığımız məlumata görə Naxox sevərlərin sayını nəzərə alaraq eyni anda bir neçə zalda Naxox filmi nümayiş olunub. 

Gəncəlilər aktyorlarla şəkil çəkdirib, onlarla xoş təəssüratlarını bölüşüblər.

Filmi tamaşaçılarla zalda birlikdə izləyən yaradıcı heyyət,  gəncəlilərə göstərdikləri diqqət və sevgiyə görə minnətdarlıqlarını dilə gətiriblər.

Qeyd edək ki,  komediya “Naxox” Film Distribution International-ın dəstəyi ilə çəkilib və 29 dekabrdan ölkənin bütün kinoteatrlarında yayımlanır.  Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: