Gənc istedadlı pianoçu Toğrul Hüseynlidən daha bir möhtəşəm solo konsert

Azərbaycanın tanınmış politoloqu Qabil Hüseynlinin oğlu, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələrin laureatı, pianoçu Toğrul Hüseynli martın 10-da Azərbaycan Dövlət Filarmoniyasında solo konsert verəcək.

Frame.az xəbər verir ki, konsertdə Azərbaycan və dünya bəstəkarlarının məhşur əsərləri səsləndiriləcək.

Qeyd edək ki, Toğrul Hüseynli Köln Ali Musiqi Akademiyasını bakalavr və magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib, hazırda Avstriyanın Zalsburq şəhərində Motsartteum Universitetinin fortepiano üzrə doktorantura pilləsində təhsilini davam etdirir.

Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: