Gənc muğam ifaçıları Beynəlxalq Muğam Mərkəzində konsert verəcək

Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndələr, Əməkdar Artist Təyyar Bayramov və Aytən Məhərrəmovanın iştirakı ilə muğamlarımızdan ibarət konsert proqramı təqdim olunacaq.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan radiosu və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə gerçəkləşəcək.

Muğam Mərkəzindən bildirilir ki, gecədə muğamlarımızla yanaşı, bəstəkar və xalq mahnıları da səsləndiriləcək.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzindən və iticket.az saytından əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: