Gənc rəssamların sərgisi nümayiş olunacaq

1 iyun tarixində Art Villa qalereyasında “Afa Art Studio”-nun təşkilatçılığı və “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatının dəstəyi ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Art Villa qalereyasında “Qlobus” adlı gənc rəssamların sərgisi nümayiş olunacaq.

Afa Art Studio öz yaradıcı fəaliyyətiniə 2014 cü ildən başlayıb .Bu neçə il ərzində Azərbaycanın tanınmış qalereyalarında müxtəlif rəsm sərgiləri keçirib.Studiyanın rəhbəri Afaq Həbibi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr məzunu,Azərbaycan Rəssamlar İttifaqının , Uluslararası Aktivist Sanatçılar birliyinin üzvüdür.Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasının təsviri sənət şöbəsində çalışır.
Azərbaycanın müxtəlif tanınmış qalereyalarında sərgilər təşkil etmiş Afa Art Studio “Qlobus” sərgisində 14 tələbənin müxtəlif mövularda kətanda üzərində 25-dən artıq rəngkarlıq əsərlərini nümayiş edəcək.
Sərgidə Mürşüdlü Mürşüd, Mürşüdlü Südabə, Quliyeva Nərmin, Hüseynova Firəngiz, İmanquliyeva Aida, Babayev Mircabar, Məlikov Həmzə, Quliyev Tahir, Quliyeva Vüsalə, Abdullayeva Fatimə,Tağıyeva Şəfa Həsənzadə Yaqub ,Yusifov Yusif, Rustəmova Leyla iştirak edəcək.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Yanicaq.az, Art, Azetac, Frame.az.

Giriş sərbəstir

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: