Gənc rejissor iki əks düşüncəli insanlardan bəhs edən film çəkib

Elmar Məlikov gənc rejissordur. O Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində rejissorluq təhsili alır.

Bu yaxınlarda həmyerlimiz iki əks düşüncəli insanlardan bəhs edən film çəkib.

Film “İkili Qapı” adlanır və ssenarist kimi çalışan, hər dəfə yeni ssenarilər yazıb, prodüseri vasitəsilə Fransa festivalına göndərən 20 yaşlı Mübariz ilə atası Mirqafardan bəhs edir. 2 əks düşüncəli insanlar arasında ziddiyyət yaranır. Mirqafar Mübarizə inanmır, ətrafdakı yaşıdlarını ona misal göstərir. Mübariz isə adına uyğun olaraq mübarizə aparır.

Filmin rejissoru, operatoru, montajçısı və ssenaristi Elmar Məlikov, rejissor asistenti Fərid Məmmədov, icraçı Elnur Sovqatovdur.

Rollarda Elmar Məlikov, Elnur Sovqatov və Nigar Poladlı çəkilib.

Filmin janrı dram, metrajı : 00:25:00, texnika : Panasonic p2HD

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: