Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.

Teatrın mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd edilməsi ilə bağlı bu il iyulun 9-da imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Tədbirinin rejissoru Xalq Artisti Vaqif Əsədovdur.

Yeni mövsümdə ilk tamaşalar sentyabrın 22-də nümayiş olunacaq. Həmin gün saat 14:00-da uşaqlar üçün P.Cullifordun “Şirinlər”, 19:00-da isə böyüklər üçün Məhəmməd Füzulinin “Leyli və Məcnun” tamaşaları təqdim ediləcək.

Hazırda kollektiv M.Servantesin “Don Kixot” əsərinin məşqlərini davam etdirir, həmçinin Əməkdar Artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: