Gənc ulduzlar Mançesterə yola düşürlər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri ilə görüş keçiriblər.
Bakı Olimpiya Stadionunda keçirilən görüşdə Bakıda təşkil olunmuş “Mançester Yunayted” Yay Futbol Məktəbində təlim zamanı ən yüksək nəticələr göstərən 5 gəncə Mançesterə səfər etmək hüququnu verən sertifikat təqdim edilib.
10-15 dekabr tarixləri arasında baş tutacaq İngiltərə səfəri zamanı gənc istedadlar “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləyəcəklər. Səfərlə əlaqəli xərclər Bakcell şirkəti tərəfindən qarşılanır.
“AFFA və Mançester Yunayted ilə birgə tərəfdaşlıq çərçivəsində hər il təşkil etdiyimiz Mançester Yunayted Yay Futbol Məktəbində uşaqlar üçün əlimizdən gələn şəraiti yaratmağa çalışırıq. Bu uşaqlar Azərbaycan futbolunun gələcəyi və hər birimizin fəxridir. Ümidvarıq ki, hər il olduğu kimi, bu il də Mançesterə səfər edən gənclər ilk öncə Azərbaycanı, daha sonra isə üzvləri olduğu futbol klubunu layiqincə təmsil edəcəklər. Bakcell, AFFA və “Mançester Yunayted” futbol klubu adından bu gənc, istedadlı futbolçularımıza uğurlar arzu edirik. ”, deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.
AFFA-nın baş katibi Elxan Məmmədov: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası artıq 4-cü ildir ki, Bakcell şirkəti ilə birgə “Mançester Yunayted” Yay Futbol Məktəbinin təşkilində əməkdaşlıq edir. “Mançester Yunayted” Yay Futbol Məktəbi ölkəmizdə uşaq futbolunun inkişafında və kütləvi futbolun təbliğində vacib rol oynayır. Bakıda təşkil olunan məşqlərdə fərqlənmiş uşaqlar İngiltərənin Mançester şəhərinə səfər etmək, Old Trafford stadionunda olmaq, “Mançester Yunayted” klubunun düşərgəsində bir müddət vaxt keçirmək imkanı əldə edir və bütün bunlar uşaqların futbola sevgisini artırmaqla yanaşı, yaddaşlarına silinməz xatirələr həkk edir. Bu layihənin uzun illər ərzində davam edəcəyinə ümid edir, Bakcell şirkətinin Azərbaycan futboluna göstərdiyi dəstəyi yüksək qiymətləndirir, əməkdaşlığımızın gələcəkdə də müsbət nəticələr verəcəyinə inanırıq”.
Qeyd edək ki, bu ilin sentyabr ayında “Mançester Yunayted” Yay Futbol Məktəbində “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplanışında AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad iştirak edib. Təlim-məşq toplantısının bütün iştirakçılarına “Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunub və ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə səfər etmək imkanına sahib olub.
Onu da qeyd etmək lazımdır ki, Bakı Olimpiya Stadionunda daimi fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində 98 uşaq futbol üzrə bilik və bacarıqlarını artırırlar. Onlardan 6 nəfər bu yay təşkil edilən Mançester Yunayted Yay Futbol Məktəbinin məzunlarıdır. Məktəbin “Manchester United Baku” komandası isə U-13 liqasında oynayır və layiqli nəticələr nümayiş etdirir.

#MYYFM #Bakcell #AFFA #MU Frame.az15401175_1340407796004345_1973120644010709989_n 15267997_1340407906004334_6512008878575191992_n 15284880_1340407899337668_8356608523814708060_n 15400568_1340408036004321_2094201075059341909_n 15401101_1340408236004301_3613369371099557556_n 15326398_1340408376004287_1692886056937229952_n 15284802_1340408442670947_1573390663333265176_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: