Gənclər üçün faydalı görüş keçiriləcək

Ölkəmizdə minlərlə gənclər var, hansılar ki, öz fikirlərini insanlara çatdıra bilməyən, ideyalarını həyata keçirdə bilməyən. Azərbaycan Gənclər İttifaqı olaraq siz gənclərə uyğun yeni, mükəmməl fikirlərlə dolu, əyləncəli, musiqili, hər birinizin ideyalarını reallaşdıracaq “Gənclərin istəyi” adlı layihə ilə gəlirik. Aramızda yüzlərlə, hətta minlərlə gənclər var ki, özlərini ifadə edə bilmirlər, eşidilmək istəyirlər, müəyyən sahədə bacarıqları, istedadları var, amma onlar bu bacarıq və istedadlarından istifadə edə bilmirlər. Buna görə də məqsədimiz gənclərlə işləmək, onların psixologiyaları ilə maraqlanmaq, nə hiss etdiklərini, indiki və gələcək həyatlarında nə etmək istədiklərini və s. öyrənmək və onlara bu yolda şərait yaratmaq, dəstək olmaqdı.

Beləki, bütün gəncləri bir araya toplayıb, hər bir gəncin fikrlərini qeyd edib, nəzərə alırıq. Daha sonra o fikirlər üzərində işləyib, hər birinin istəyini reallaşdırırıq. İlk öncə insan psixologiyasından başlayaraq, bir-bir özlərini başa salmaq imkanı yaradırıq. Məsələn: Mən kiməm? Bu həyatda hansı məqsədlərim var ki, onları reallaşdıra bilmirəm və yaxud reallaşdıracağıma inanıram. Cəmiyyətim və özüm yararlana biləcəyim hansı işləri görmək istəyirəm? Bir gənc olaraq, hansı fikirləri irəli sürmək, cəmiyyətimdə kimlərə əl tutmaq istəyərdim? İndiki və gələcək həyatımda nələr etmək istəyirəm?

Bundan əlavə müasir dövrümüzdə gənclər üçün yararlı olub, lakin bir çox gənclərimizin kənar qaldığı və yaxud maddi vəziyyətin imkan vermədiyi məsələlərə toxunmaq, müzakirə etmək, gənclərlə bir yerdə məsləhətləşib, bu üzrə işləmək lazımdı.

Ən əsası isə işlədiyimiz bu layihədə əsas məqsədimiz gənclər üçün əyləncəli və öz istədikləri işlər üzrə işləməkdi. Çünki gənclərin fikirlərini nəzərə alsaq, toxunacağımız və reallaşdıracağımız məsələlər çoxdu.

23 Dekabr Həftənin Bazar günü saat 15:00-da. Hər kəs dəvətlidi. Siz də öz vaxtınızı əyləncəli və səmərəli keçirtmək istəyirsinizsə, bizə qoşulun. Siz istəyin, biz reallaşdıraq.

Əlaqə nömrələri: (077) 757 51 51; (012) 492 54 64;

azerbaycan_gencler_ittifaqi

AZERBAİJAN YOUTH UNİON

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: