Gənclərimiz Azərbaycanı tanıtmaq istiqamətində mühüm addımlar atmışlar-Video

Mərakeş Krallığında səfərdə olan azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti bir neçə şəhərdə yerləşən tarixi tikililərdə, yay düşərgələrində olmaqla yanaşı Azərbaycanın tanıtımı istiqamətində də bir sıra addımlar atmışdır.

Proqramda nəzərdə tutulmuş görüşlərdən əlavə nümayəndə heyətinin üzvləri gənc skautlarla, yerli gənclərlə bir sıra görüşlər keçirərək fikir mübadiləsi aparmışdır. Bununla yanaşı proqramda nəzərdə tutulan asudə vaxtlar zamanı qeyri rəsmi formada Fransa, Almaniya, İspaniya, Filippin, Tunis, Əlcəzair, Cənubi Koreya və s. ölkələrdən olan turistlərlə görüşlər keçirilmiş, onlara Azərbaycanın turizm potensialı, qonaqpərvərliyi, mədəniyyəti, ölkənin zəngin tarixi, uzun illərdən bu günümüzə qədər qorunub saxlanılan tarixi abidələrimizin zənginliyi ilə bağlı məlumatlar verərək ölkəmizin tarixini, atributlarını özündə əks etdirən xatirə hədiyyələr təqdim edilmişdir. Həmçinin, Mərakeş Krallığının turistlərin ən sıx olduğu Kasablanka şəhərinin mərkəzi dəniz sahili parkında səsgücləndiricilər vasitəsilə Azərbaycan milli mahnılarından bir neçə nümunə səsləndirərək ifalar barədə maraqlanan turistlərə ətraflı məlumat verilmişdir. Xüsusən də “Sarı gəlin” mahnısı turistlərin daha çox marağına səbəb olmuşdur. Ardınca bir neçə milli rəqs musiqiləri təqdim olunaraq nümayəndə heyətinin üzvləri vasitəsilə turistlərə Azərbaycan milli rəqsləri təqdim olunmuş, turistlər də eyni zamanda bu rəqslərə qoşulmuşdur. 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin imzaladığı əməkdaşlıq protokoluna əsasən 8-18 avqust 2017-ci il tarixlərdə iki ölkə gənclərinin mübadiləsi çərçivəsində 8 nəfər gəncdən ibarət Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri baş tutmuşdur.

 Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: