EventsTəqdimat

“Gəlin birgə yaşadaq”

Noyabrın 1-də YAP Səbail rayon təşkilatının qərargahında Azərbaycan Talassemiya Federasiyası, YAP Səbail rayon təşkilatı və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Gəlin birgə yaşadaq” adlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə Azərbaycan Talassemiya Federasiyasının (ATF) prezidenti Nailə xanım Quliyeva, ATF-in vitse-prezidenti Fuad Rəsul, Mərkəzi Qan Bankının direktor müavini Namirə xanım Abbasova, Respublika Talassemiya Mərkəzinin poliknika şöbəsinin müdiri Zemfira Mirzəyeva,həmçinin rayon ictimaiyyəti nümayəndələri, partiya fəalları, partiya təşkilatının İdarə Heyətinin üzvləri, tələbələr və gənclər iştirak etdilər.

Əvvəlcə qan donorluğu ilə bağlı video çarx nümayiş olundu.

Tədbir iştirakçılarını YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev adından salamlayantəşkilat sədrinin birinci müavini Muxtar Nağıyev belə tədbirlərin keçirilməsini, donorluğun təbliği və bu işin mahiyyətinin ictimaiyyətə çatdırılması baxımından, son dərəcə əhəmiyyətli və vacib hadisə kimi qiymətləndirdi. YAP Səbail rayon təşkilatının aparat işçilərinində hər zaman qan vermə aksiyalarında yaxından iştirak etdiyini vurğulayan M.Nağıyev bu istiqamətdəki işlərə bundan sonra da dəstək olmağa hazır olduqlarını bildirdi.

Çıxış edən Respublika Talassemiya Mərkəzinin poliknika şöbəsinin müdiri Zemfira Mirzəyeva bu formatdakı silsilə tədbirlərin təşkilinə görə təşkilatçılara təşəkkür etdi və talassemiya xəstəliyi, həmçinin donorluğun xəstəliyin müalicəsindəki önəmi haqqında tədbir iştirakçılarına məlumat verdi. İrsi qan xəstəliyi olan talassemiyanın cəmiyyətin ümumi sağlamlığı üçün təhlükə yaratdığını qeyd edən Z.Mirzəyeva bildirdi ki, bu qan azlığı xəstəliyindən əziyyət çəkən xəstələrin vaxtaşırı qan köçürmələrinə ciddi ehtiyacı vardır.Çıxışının davamında natiq Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsinin və “2011-2015-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı”nın icrasından bəhs etdi.

Mərkəzi Qan Bankının direktor müavini Namirə xanım Abbasova çıxışında Azərbaycanda qan donorluğunun inkişafı məsələlərinə diqqət çəkərək qeyd etdi ki, sevindirici haldır ki, bugünədək bütün donorlar könüllü olaraq qan vermişlər və bu istiqamətdə daha çox maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac vardır.

Daha sonra çıxış edən ATF-in vitse-prezidenti Fuad Rəsulilk öncə tədbirin təşkilinə və ümumilikdə qanvermə aksiyalarının təşkilində göstərdikləri dəstəyə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə xanım Bayramovaya və YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyevə dərin təşəkkürünü bildirdi. Daha sonra ATF-in fəaliyyəti haqqında məlumat verən F.Rəsul gələcəkdə qan vermə aksiyalarının sayının daha da artırılması və bu istiqamətdə maarifləndirmə işinin genişləndirilməsi məqsədilə ATF tərəfindənBakıda, digər şəhər, rayon və kəndlərdə nəzərdə tutulmuş tədbirlər planı haqqında danışdı.

Məlumat üçün qeyd olunub ki, ölkədə qan donorluğunun artırılması məqsədilə Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankı bu tipli maariflədirici tədbirlər həyata keçirir. Tədbirin keçirilməsində əsas məqsəd qan donorluğunun inkişafına diqqətin cəlb edilməsi və talassemiya haqda ictimaiyyətə ətraflı məlumat verilməsi, eləcə də KİV nümayəndələrinə qan donorluğunun inkişafına verdikləri töhfəyə görə təşəkkür etməkdən ibarətdir.

Azərbaycan Talassemiya Federasiyasının məlumatına əsasən, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və bu pasiyentlərin həyatı kütləvi keçirilən qanvermə aksiyalarından asılıdır.

Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və tallassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində təşkil olunur. Belə ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Talassemiyasız həyat naminə” adlı dəyirmi masadan sonra çoxsaylı Dövlət və Kommersiya təşkilatları qan vermə aksiyalarına qoşulmuşdur.

Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi  ilə təşkil olunmuş “Muğam televiziya müsabiqəsi”nin iştirakçıları Ramiq Bayramov və  Elgiz Əliyevin ifasında konsert proqramı təqdim olundu.

Frame.az

14937223_1809584932648662_6432176375049672305_n 14639720_1809584975981991_8267921640800690511_n 14900452_1809585185981970_3462782530176794041_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!