EventsHandmadeTəqdimat

“Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı proqram-sərgi keçirilir-FOTO-lar

7-21 aprel tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “NUR Art House” qalereyasının birgə təşkilatçılığı ilə Art-layihə çərçivəsində “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı proqram-sərgi keçirilir. Layihənin rəhbəri Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Aslanova, proqram-sərginin dizaynerləri isə Universitetin müəllim və tələbə heyətindən Gülnaz Mədətova, Nəzakət Əhmədova, Kənan Səlimov və Şərqiyyə Əfəndizadədir.
Gəlinciklər tarix boyu həyatımızın və məişətimizin ayrılmaz hissəsinə çevrilib və bu gün də bizi müşayiət edirlər. Yağışı, günəşi çağıran “kudul”, xeyir-bərəkət, uğur gətirən “Çömçəxatun”, ayin gəlincikləri, “İnci”, “Sarı gəlin”, “Şahzadə”, “Mələk” və s. gəlinciklərdə Azərbaycan qadının əzəməti, zəngin geyimi və gözəl zövqü təcəssüm etdirilir.
Sərgidə Aybəniz Yusubova və Gülbəniz Qəmbərova bacılarının “Xurşudbanu Natəvan”, “Xalçaçı qız”, “Muğam”, “Şərq gözəli”, Elçin Hami Axundovun “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ağca və yeddi cırtdan”, “Novruz” silsiləsi, Sənubər Səmədova və Nigar Babayevanın “Ənənə və müasirlik” kolleksiyası, Azərbaycan Rəssamlar İttifaqının və Müəllif Kuklası Beynəlxalq Təşkilatının üzvü Fərəh Əliyevanın modern üslubunda hazırladığı “Edem”, “Meşə ilahəsi”, “Qız qalası” kompozisiyası, “Sarı gəlin”, “Nar-qız”, “Şərq yuxuları” (çıraq), “Tıq-tıq xanım”, “Cənnət mələyi”, “Nar budağı”, “İlham”, “Bazarlıq”, “Məğrur Xəzər”, “Modern – Üçlük”, “Bahar”, “Qəhvə ətirli qadın”, “Cırtdan”, “Novruz”, “Bakılı qız”, “Balıqçı qız” və “Tanışlıq” gəlincikləri nümayiş olunub. Professor Səbirə Dünyamalıyevanın milli geyimlərdən ibarət kolleksiyası isə sərgiyə xüsusi zəriflik və gözəllik gətirib.

Fuad Cəbrayılov və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin məzunu Ruslan Hüseynovun on ildən artıq tədqiq etdikləri XVIII-XIX əsrə aid Azərbaycan milli geyimləri, tikmə nümunələri, baş örtükləri və parçalardan ibarət kolleksiyası sərgilənib.
Proqram-sərgi çərçivəsində 15 aprel tarixində saat 16.00-da Aybəniz Yusubovanın “Güllərin sehri”, saat 18.00-da Nigar Babayevanın “Milli gəlinciklərin hazırlanma texnikası”, 18 və 20 aprel tarixlərində saat 16.00-da Fərəh Əliyevanın “Gəlinciklərin yaranma tarixi”, 19 aprel tarixində saat 16.00 Nəzakət Əhmədovanın “Geyimlərin modelləşdirilməsi”, 21 aprel tarixində saat 18.00-də Elçin Axundovun “Kağızdan qəhrəmanları özün düzəlt” adlı ustad dərsləri keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!