MusiqiSosial

Gənc istedad Məhəmməd Abışovun solo konserti keçirilib

2 iyun Rəşid Behbudov adına “Mahnı” teatrında gözdən əlillər üçün 38 nömrəli musiqi məktəbinin  qarmon ixtisası üzrə VI sinif şagirdi gənc istedad Məhəmməd Abışovun solo konserti təqdim olunub.

Rəşid Behbudov adına mahnı teatırında keçirilən konsertdə gözdən əlillər üçün 38 nömrəli musiqi məktəbinin  direktoru Əsab Əliyev, xalq artisti Aftandil İsrafilov, tədqiqatçı  “Qarmon ifaçılıq sənəti və onun Azərbaycanda tədrisi kitabi”nın müəllifi Əhsən Rəhmanlı  ,və  qarmon  sənətkarlarından Xanlar Cəfərov, Aydın  Əliyev, Neymət Hüseynov  iştirak ediblər. Konsertin təşkilində böyük təşəbbüs göstərmiş və qarmon sənətinin sirrlərinə yiyələnməkdə Məhəmmədə böyük dəstək olan müəllimi Vüsal Qəhrəmanovun sözlərinə görə Məhəmmədin görmə məhdudiyyətinə baxmayaraq o, dünyanı musiqi vasitəsilə hiss edir.

Konsert HUMAN Foundation sosial platformasının “YOU CAN” ( “Sən bacararsan”) layihəsi dəstəyi ilə keçirilmişdir.

Konsertdə A.Məhəmmədin  ifasında  T.Bakıxanov, Q.Qarayev , F.Şopen , E.Sabit oğlu,  X.Mirzəzadə , X.Cəfərov  A.İsrafilov əsərləri habelə “Dilkeş” muğamı , xalq rəqsi “Uzundərə”  səsləndirilmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!