EventsQalereyaTəqdimat

Gənc, istedadlı rəssam Ramil Əhmədovun fərdi-yaradıcılıq sərgisi təşkil olunacaq

15 Aprel tarixində, saat 15:00-da “Park Bulvar”-da  Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc, istedadlı rəssam Ramil Əhmədov  əl işlərindən ibarət fərdi sərgisi təqdim olunacaq.

Sərgidə gənc rəssamın “Tənhalığın aynası”, Alim Qasımovun “Uçan xalça üzərində rəsmi”, “Hisslərin rəqsi”, “Zənginlərin məkanı”, “Cəngi”, “Gün keçdi”, “Unudulmuş xoşbəxtlik”, “Nuhun gəmisi”, “Nuhun gəmisi-2”, “Nə səninlə nə sənsiz”, “Fərqli gözlər-eyni baxış”, “Məğrurun cəngisi”, “Tənha qayıq”, “Yasaq sevgi”, “Tənha qayığın tufanla mübarizəsi”, “Köhnə Bakı yeni ahəng”, “Duyğuların fəryadı”, “Bulaq başı”, “Azərbaycan gözəli”, “Qağayıların rəqsi”, “Tənha balıqçı”, “Yaşanmamış arzular”, “Muğam”, “Toy” və başqa rəsm əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, Ramil Əhmədov Ramiz oğlu 1981-ci ilin fevral ayının 6-da Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olub. Fiziki cəhətdən məhdudiyyətli olsa da, bu halı onun bir rəssam kimi yetişməsində əngəl olmayıb. Əvvəllər kağız üzərində cızma-qaralar edən Ramil Əhmədov sonralar yağlı boya ilə işləməyə başlayıb. Gənc rəssam, Səttar Bəhlulzadə, Pikasso,Bəhruz Kəngərli kimi görkəmli rəssamların yaradıcılıqlarından bəhrələndiyini, onların əsərlərini örnək kimi qəbul etdiyini deyir. İndiyədək Ramil müxtəlif janırlarda yüzədək əsər ərsəyə gətirib. Əsərləri Naxçıvan MR Rəssamlar İttifaqında, Şərur şəhərindəki Şərur Türk Liseyində sərgilənib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Ən yaxşı gənc rəssam” adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!