Təqdimat

Gənc Tamaşaçılar Teatrında Novruz bayramı qeyd olunacaq

Bu bahar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına maraqlı səhnə əsəri, balaca tamaşaçılarımıza isə əsl bayram əhval ruhiyyəsi bəxş edəcək.
Bayram günlərində teatrda A.Şaiqin “Tıq-tıq xanım”, Xalq nağılı “Qoğalın sərgüzəştləri”, A.Lindqrenin “Uzuncorab Pippi” və “Balaca və damda yaşayan Karlson”, H.X.Andersenin “Çirkin ördək balası”, X.Əlibəylinin “Aycan”, A.Tolstoyun “Buratinonun macəraları” tamaşaları göstəriləcək.
Tamaşalardan əvvəl Novruzun əsas personajları – Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.
Bayramı maraqlı keçirmək istəyən hər kəsi Dövlət Gənc Tamaşaçılar Teatrına və bayram tamaşalarımıza dəvət edirik. Tamaşalar mart ayının 18-dən – 25-dək saat 12.00, 14.00 və 16.00-da nümayiş olunacaq.
Biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, “Asan” xidmət mərkəzlərindən, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının kassalarından əldə edə bilərsiniz. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!