Sərgi

Gənclər Fondunun dəstəyi ilə “Qobelen” sərgisi layihəsi icra olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, layihə rəhbəri Nicat Dadaşovun təşkilatçılğı ilə 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Qobelen” sərgisi adlı layihəsinin açılışı, müxtəlif milli musiqi alətlərini üzərində əks etdirən Qobelenlərin sərgisi ilə layihəyə təşkilatı dəstək olan Park Bulvar Alış-Veriş Mərkəzində təşkil olunmuşdur.

Geniş kütlənin diqqətinin cəlb olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6 illik uğurlu fəaliyyətini ictimayətə çatdırılması və Qala açılış mərasimi təntənəli şəkildə təşkil olunması məqsədi ilə Park Bulvar Alış-Veriş Mərkəzində layihə icra olunması qərara alınmışdır.

Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunmuş təbliğat xarakterli “Qobelen” sərgisi layihəsinin əsas məqsədləri Azərbaycan Respublikasının mədəni irsinə aid olan – Qobelen bədii sənətinin dəstəyi və inkişafı; populyarizasiya və geniş ictimai diqqəti dekorativ-tətbiqi sənət növü olan – Qobelenə cəlb etməkdir.

Sərgidə ekspert kimi əməkdar rəssam Ədhəm Yusifov çıxış edib.

Layihə çərçivəsində 20-dən çox qobelen geniş tamaşaçı kütləsinə nümayiş etdirilib və qonaqlar tərəfindən maraqla qarşılanıb.

“Qobelen” sərgisində iştirak edənlərə hədiyyələr təqdim olunmuşdur. Qeyd edək ki, sərgi 3 gün davam edəcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!