IqtisadiyyatTəhsilTəqdimat

Gənclər “GilanHolding”ın dəstəyi ilə “ASAN Akademiya”nı uğurla başa vurur

Müxtəlif sahələrdə uğurlu layihələrdə daima iştirak edən “Gilan Holding”, əməkdaşlarının fərdi və peşəkar inkişafına töhfə verməklə yanaşı, cəmiyyət üçün sağlam, intellektual potensialını inkişaf etdirmiş gənclərin sayının çoxalmasına da böyük önəm verir.

İstər maarifləndirici, mədəni, ekoloji, istərsə də sosial tədbirlərin təşkilində aktiv dəstək, Holdinq üçün yalnız bir dəyər və məqsəd üzərində qurulur. Bu vacib dəyər – insanların həyatlarının hər hansı bir aspektinin müsbət tərəfə çevrilməsinə dəstək olmaqdır. Bu istiqamətdə “Gilan Holding” bir çox aparıcı dövlət və özəl qurumları, qeyri-hökumət təşkilatları ilə faydalı əməkdaşlıq edir.

Sözügedən istiqamətlər üzrə ən səmərəli əməkdaşlıqlar sırasında “ASAN Könüllüləri” Təşkilatı ilə birgə layihələr olub. Həmin layihələr, onlardan faydalana biləcək böyük insan kapitalını əhatə etməklə və maraqlı yeniliklər ilə yadda qalıb. “ASAN Könüllüləri” ilə əməkdaşlıq çərçivəsində, bəzi gənclər “Gilan Holding”ə daxil olan müxtəlif müəssisələrdə təcrübə keçmək və işlə təmin olunmaq imkanı əldə edib.

“Gilan Holding”in dəstəyi ilə aprel ayından başlamış “ASAN Akademiya” layihəsi 20 iyun tarixində bitmişdir. Layihənin davam etdiyi dövr ərzində bir sıra ixtisaslar üzrə təhsil alan gənclər üçün liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqramlar tədris olunub.

Layihənin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, təlimlərdə peşəkar təlimçilərlə yanaşı fərqli sahələrdə çalışan mütəxəssislər də tədris prosesinə qoşulub. Bu isə, tələbələrə müxtəlif şirkətlərdə mövcud olan təcrübənin yerində öyrənilməsinə və seçdikləri peşə üzrə daha təcrübi bilikləri əldə etmələrinə şərait yaradır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!