IdmanTəqdimat

Gənclər və idman naziri Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub

Oktyabrın 8-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub.

Gənclər və İdman Nazirliyindən Frame.az-a bildiriblər ki, nazir yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib. Fərid Qayıbov Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.

Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, vitse-prezident Əbülfəs Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın voleybol komandasının baş məçqçisi Alla Həsənova iştirak ediblər.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!