Frame LifeTəqdimatƏn SonƏn Son

Gənclər və İdman Nazirliyi “Mənim qəhrəmanım” adlı onlayn vətənpərvərlik aksiyasına start verir

Gənclər və İdman Nazirliyi aprelin 26-dan başlayaraq “Mənim qəhrəmanım” adlı onlayn vətənpərvərlik aksiyasına start verir.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, iyunun 26-dək davam edəcək aksiyaya qoşulmaq istəyən gənclər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və şücaət göstərmiş, eləcə də İkinci Dünya müharibəsinin iştirakçısı olmuş doğmalarının timsalında qəhrəmanlar haqqında qısa məlumatı şəkillə birlikdə sosial şəbəkələrdə paylaşmalıdırlar.

Məlumat bir nəfər haqqında olmalıdır və buraya onun doğum və ölüm tarixləri, təltifləri, iştirak etdiyi döyüşlər daxil edilməlidir.

Qeyd edək ki, hər bir məlumat … “O mənim qəhrəmanımdır” sözləri ilə başa çatmalıdır.

Layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2-ci (Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi) yarımbəndinin icrasının təmin edilməsi məqsədi və faşizm üzərində Qələbənin 75 illiyi nəzərə alaraq gerçəkləşdirilir.

Qəhrəmanlıq qəhrəmanlarla əbədiləşir. Qəhrəmanlarımızı tanıyaq və tanıdaq.

Layihə barədə məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək mümkündür:

https://www.facebook.com/Menim-Qehremanim-102458881445916/

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!