“Gabala Korner”in təqdimetmə mərasimi

Əziz Azarkeşlərimiz!

“Qəbələ” və GoSport Baku birlikdə daha bir layihəyə imza atır.

Ötən Avrokubok mövsümündə Port Baku Mall-da yerləşən Go Sport mağazasında azarkeşlər, media nümayəndələri, futbolçular və məşqçi heyətinin iştirakı ilə baş tutan görüş, bu dəfə Bakının ən böyük idman mağazasında – Gənclik Mall-da yerləşən Go Sport mağazasında gerçəkləşəcək. Görüş zamanı mağazada təşkil olunan “Gabala Korner”in (klubumuzun rəsmi forma və aksessualarının satış nöqtəsi) təqdimetmə mərasimi keçiriləcək. Ardınca isə azarkeşlər və futbolçular arasında maraqlı müsabiqələr – Play Station turniri və masaüstü futbol yarışı baş tutacaq və qaliblər mükafatlandırılacaq.

Əgər Avropa Liqasının “play-off” maçı – “Qəbələ”-“Maribor” (Sloveniya) oyunu öncəsi futbolçularımız və məşqçilərimizlə görüşmək istəyirsinizsə, o zaman Sizləri şənbə günü – 13 avqust saat 15:00-da Gənclik Mall-da Go Sport mağazasında gözləyirik.

Görüşənədək!!!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: