Gazelli Group Qətərdə

Azərbaycanın Qətərə ixrac missiyası baş tutub. 25-27 feral tarixlərində baş tutmuş ixrac missiyasında Gazelli Groupun təmsilçiləri də iştirak ediblər, Qətər iş adamlarını şirkətin istehsal etdiyi məhsullar barədə məlumatlandırıblar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO və Qətərin Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş missiyada 100-ə yaxın ərəb iş adamı, eləcə də distributor şirkətləri iştirak ediblər. Həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə əlaqələrin genişləndirilməsi və ixrac imkanları müzakirə edilib. İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasına ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, qənnadı məmulatları, çay, süd və süd məhsulları, kosmetologiya, kimya məhsulları istehsalı və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxil idi, səfərin xərcləri dövlət tərəfindən qarşılanıb.
#gazelligroupltd #azromo  Frame.az


Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: