EventsFrame LifeSosialTeatrTəqdimat

Gender Güzgüsü sosial tamaşası nümayiş olunub

Niderland Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi, Hilton Bakı otelinin texniki dəstəyi və Y-PEER Azərbaycan Şəbəkəsi tərəfindən təşkil olunan Gender Güzgüsü sosial tamaşası 8 Aprel 2018-ci ildə Hilton Bakı otelində nümayiş olundu. Tamaşa “Gender Güzgüsü” layihəsi çərçivəsində Bərdə və Bakıda yaşayan gənclər tərəfindən birlikdə hazırlanıb və Azərbaycanda olan gender əsaslı stereotipləri, zorakılıq, qadın və LGBTİ hüquqlarını özündəəks etdirirdi.

Tamaşanın nümayişində 150-dən çox qonaqlar, gənclər, vətəndaş cəmiyyəti üzvləri, hökumət qurumlarının nümayəndələri, rəsmilər eyni zamanda Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Onno Kervers də iştirak edirdi.

Açılış edən cənab Kervers Niderland ilə Azərbaycan arasındakı iqtisadi , siyasi və mədəni əlaqələri vurğulayaraq bildirdi ki, gender və insan haqları Niderland Xarici İşlər Nazirliyinin əsas prioritetlərindəndir. Layihəni icra edən Y-PEER Azərbaycan şəbəkəsinin milli əlaqələndiricisi Sevinc Səmədzadə Gender Güzgüsü tamaşası haqqında qonaqlara ətraflı məlumat verdi.  Bildirdi ki, tamaşanı ifa edən gənclər Y-PEER Azərbaycanın Bərdə və Bakıda keçirdiyi təlimlər vasitəsi ilə gender mövzusu haqqında məlumatlanmış və bir neçə gün ərzində sosial teatr texnikalarını təcrübədən keçirmişlər.

Tamaşadan sonrakı müzakirələrdə qonaqlar aktiv şəkildə iştirak etdilər. Tamaşa gender, qadın və LGBTİ hüquqları ilə bağlı maraqlı dialoq və debat üçün imkan yaratdı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!