Gender Hub Azerbaijan “11 iyul Beynəlxalq Əhali günü” ilə bağlı kampaniyaya start verir.

Dünyada və ölkəmizdə hər il dəyişən əhalinin gender nisbəti cəmiyyətimizdə qadınların rolunun aşağı olmasına, qadınlara qarşı ayrı-seçkilik edilməsinə, onların kənarlaşdırılmasına sübutdur.  Hətta bəzən qız uşaqlarının doğulmasını faciə olaraq qəbul edən insanları da görürük.

Ölkəmizdə hazırda olan statistikaya nəzər salsaq görərik ki, bəzi regionlarımızda qız uşaqlarına az üstünlük verilməsi, selektiv abortlarının olunması yaxın gələcəkdə ölkəmiz üçün ciddi problemlərə, cins tərkibinin kəskin fərqlənməsinə səbəb olacaq.

Gender Hub Azerbaijan olaraq bu kampaniyanı başlatmaqda məqsədimiz ölkəmizdə qadınlara qarşı olan ayrıseçkiliyin aradan qaldırılması, qadınların hüquqlarını müdafiə edərək sadalanan problemlərin qarşısını alaraq müəyyən istiqamətlərdə müsbət nəticələr əldə etməkdir.

Bu həssas mövzulara səssiz və biganə qalmamaq üçün bütün gender aktivistlərini, feministləri, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan gəncləri, bir sözlə hər kəsi bu kampaniyaya qoşulmağa və öz şəxsi hekayələrini paylaşmağa  dəvət edirik. Kampaniya ilə bağlı hazırladığımız posterlər mövzu ilə əlaqədar reallıqları özündə əks etdirir.

Posterlərdən və aşağıda əlavə etdiyimiz həştəqlərdən istifadə edərək qız uşağının dəyərini ictimaiyyətə çatdıra bilərsiniz.

#HərFərdDəyərlidir

#WPD2020

#AnamDəyərlidir

#QızımDəyərlidir

#BacımDəyərlidir

#DostumDəyərlidir

#HəyatYoldaşımDəyərlidir

Qeyd etmək istərdik ki, 11 iyul tarixində saat 18:00-da (GMT+4) baş tutacaq ilk tədbirimiz “Beynəlxalq Əhali günü”nə həsr olunub.  Bu tədbirdə spikerlərimiz Nailə Cəfərovanın və Səadət Abdullazadənin təqdimatında “Azərbaycanda selektiv abortlar: üzləşdiyimizçətinliklər və çıxış yolları” və “COVID-19 pandemiyası zamanı qadın və qızların hüquqlarının müdafiəsi” mövzularında müzakirələr olunacaqdır.

Tədbirə qoşulmaq üçün link: https://bit.ly/3efpL9w

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: