Germanaijan. Azərbaycanda alman irsi və memarlığı sərgisi

14.12.2018 – 28.02.2019

Kapellhaus (28 May küçəsi, 35). Bakı, Azərbaycan

Sərgi saatları: Çərşənbə axşamı – şənbə, 13:00 – 19:00

Germanaijan. Azərbaycanda alman irsi və memarlığı sərgisinin çərçivəsində 15 fevral 2019-cu il tarixində, saat 19:30-da Kamera və Orqan Musiqi (Kirxa) zalında tədqiqatçı, “Bakı sirləri” televiziya silsilə verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovun “Немецкие страницы истории Азербайджана” adlı mühazirəsi keçiriləcək. 15 fevral 2019-cu il tarixində sərqi 21:30-dək  açıqdır. Sərgiyə və mühazirəyə giriş sərbəstdir. “Germanaijan. Azərbaycanda alman irsi və memarlığı” adlı sərgi 28.02.2019 – cu il tarixinə qədər Kapellhausda (28 May küçəsi, 35) davam edəcəkdir.

Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığı daha yaxşı həyat axtarışında  Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunmuş sərgidir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: Kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar?

Sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı” nın maliyyə dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və  Goethe-Zentrum Bakının/ Kapellhausun dəstəyi ilə təşkil edilir.

“Germanaijan” sərgisi kurator Əsli Səmədovanın  izahatına görə, iki ölkə adını – Almaniya və Azərbaycanı birləşdirir. Sərgi alman icmasının bugünkü Azərbaycana təsirini qeyd etmək üçün düşünülüb. Bu xüsusda Siemens Tarixi İnstitutuAzərbaycan Respublikasının Milli Arxiv İdarəsi, habelə ayrı-ayrı şəxslərin göstərdikləri dəstək və verdikləri töhfə ən maraqlı və həyəcanverici hekayələri işıqlandırmaqda əvəzsiz kömək oldu. Azərbaycanlı şairə Leyli Salayeva və alman rəssam – illüstrator Kseniya Finkin birgə layihəsi olan sərgi Azərbaycanda ilk alman kolonistlərinin tarixini yenidən araşdırır və hekayə Helena adlı ümumiləşdirilmiş xarakter tərəfindən nəql edilir.  Samir Salahovun Hummel ailəsi haqqında parlaq illüstrasiyasında bir alman ailəsinin Azərbaycanda şərabçılığın, arxeologiyanın və muzeyşünaslığın inkişafına verdiyi töhfələrdən danışılır. Sənətkar və dokumentalist-fotoqraf  Çinarə Məcidovanın video-işində Azərbaycanın şimal bölgələrində və şəhərlərin   landşaft memarlığında alman izləri görünür, “Qismət” adlı bədii-videoda isə Bakıda alman memarları tərəfindən tikilmiş iki malikanənin taleyindən danışılır.Sərgi alman köçkünlərinin və onlardan sonra gələn nəsillərin həyat hekayələrini araşdıran britaniyalı yazıçı və fotoqraf Tom Marsdenin hazırladığı və hazırda davam edən, sərhədləri aşan layihəsini  də təqdim edir.

Memarlıq mövzusu Germanaijan’ın xüsusi diqqət mərkəzindədir: Bakıda ruslaşdırılmış alman memarları tərəfindən inşa edilən onlarca bina memarlıq irsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərininin kəmiyyət və keyfiyyət cəhətdən əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında daha ətraflı məlumat verir.

Sərgi, 13 dekabr 2018, сümə axşamı 19:00-da, Kapellhausda (28 May küçəsi, 35) açılmışdır və 28 fevral 2019 tarixinə qədər davam edəcəkdir. Sərginin iş saatları: Çərşənbə axşamı – şənbə: 13:00-19:00. Giriş sərbəstdir.

Frame.az

 

 

 

 

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: