Gigiyena barədə maraqlı faktlar

Hal-hazırda gigiyena olmadan həyatımızı təsəvvür etmək çətindir. Bu ən çox tibb sahəsində özünü biruzə verir. Bəzən gigyena qaydalarına riayət olunmaması təhlükəli fəsadlara gətirib çıxarır. Gigiyenanın kəşf edilməsi isə sırf təsadüf nəticəsində baş tutmuşdur. Belə ki, 1846-cı ildə Macar həkimi İqnaş Zemmelvays Vyana xəstəxanasında doğum şöbəsində ölüm hallarının sayının artmasına diqqət edir. Bu şöbələrdən birində doğuşdan sonra hepsisdən ölənlərin sayı digər şöbələrdəkinə nisbətən daha çox olur. Məhz daha çox ölüm halları baş verən şöbədə tibb tələbələri doğuş ilə kömək edirdilər. Onlar eyni zamanda infeksiya şöbəsində işləyir və meyitləri yarırdılar. Zemmelvays güman edir ki, onların əllərində “meyit hissəcikləri” qalır ki, onlar da xəstəlik yayılmasına səbəb olurlar. O bu tələbələrə əllərini yaxşıca yumağı, tibb alətlərini isə xlorlu əhəng suyunda təmizləməyi tapşırır. Əvvəllər heç br həkimin istifadə etmədiyi bu metod çox effektiv olur və ölüm sayları nəzərəçarpacaq dərəcədə azalır. Həyatı boyu Zemmelvays bu yenilik ilə bağlı heç bir dəstək görmür, xəstəxanadan qovulur və taleyin rişxəndi olaraq məhz sepsis xəstəliyindən vəfat edir, lakin bu yolla müasir gigyenanın əsasını qoymuş olur. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: