Gimnastika idman növü üzrə püşkatma keçirildi

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastikanın üç növü – bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil ediləcək.
27 Aprel tarixində Azərbaycan Gimnastika Federasiyasında keçirilən püşkatma tədbirində Federasiyanın baş katibi, Fərid Qayıbov bildirib ki, bu mötəbər yarışda gimnastika üzrə 14 ölkədən idmançıların çıxışı gözlənilir.

12 mayda Oyunların möhtəşəm açılış mərasimi günü Milli Gimnastika Arenasında da yarışlara start veriləcək və yarışlar dörd gün davam edəcək. Proqrama əsasən, mayın 12-13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. İdman gimnastikası üzrə təsnifat yarışları mayın 13-14-də, ayrı-ayrı alətlər üzrə final yarışları isə mayın 15-də təşkil olunacaq.

Mərasimdə bədii gimnastika üzrə top, gürz, lent, halqa, qadın idman gimnastikası üzrə sərbəst hərəkətlər, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri üzrə yarış ardıcıllığı müəyyən olunub. Həmçinin kişi idman gimnastikası üzrə paralel qollar, sərbəst hərəkətlər, turnik, dayaqlı tullanma, dəstəli at, halqalar aləti üzrə yarış ardıcıllığı müəyyənləşdirilib. Final yarışları isə elektron qaydada müəyyən olunub.

Yeri gəlmişkən, Azərbaycanı Bakı-2017 Oyunlarında bədii gimnastlar: Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları: Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastları: Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: